SİYASƏT


Nüfuzlu “Daily Sabah” nəşrində irlandiyalı tarixçinin Azərbaycan barədə məqaləsi yayımlanıb

Bakı, 1 iyun, AZƏRTAC

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə “www.dailysabah.com” xəbər portalında "Azərbaycan qələbəsinin 103-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir" sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, irlandiyalı tarixçi, siyasi şərhçi Patrik Uolşun qələmə aldığı məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsi, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə müfəssəl məlumat verilib.

Həmçinin yazıda bu il Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qeyd edildiyi vurğulanıb. Bunun səbəbinin ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar olduğu nəzərə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.