SİYASƏT


Fransanın nüfuzlu beyin mərkəzi Ermənistanın ölkəmizdə mülki əhalini və yaşayış məntəqələrini hədəfə almasından yazıb

Paris, 29 sentyabr, AZƏRTAC

Fransanın nüfuzlu “The Global Future College” tədqiqat mərkəzinin portalında “Azərbaycan: mülki şəxslər ilk və əsas qurbanlardırlar” adlı yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulduğu və hərbi mövqelərimizə hücum olduğu deyilir.

Bildirilir ki, Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qaravənd, Füzulinin Alxanlı və Şükürbəyli, Cəbrayılın Cocuq Mərcanlı kəndlərinə intensiv hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla mülki şəxslər yaralanıb. Dağlıq Qarabağda mülki əhali sığınacaqlara tələssə də onlar arasında itkilərin olduğu, 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn qaydaları kobud şəkildə pozularaq cəbhəboyu bir çox yaşayış sahələri və evlərə böyük ziyan dəydiyi qeyd edilir.

Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində bir çox kəndin, xüsusilə də cəbhə xəttinə yaxın yerdə əhalinin sıx yerləşdiyi mülki ərazilərdə erməni silahlı qüvvələrinin bormbardımanı nəticəsində dinc sakinlər arasında itkilərin olduğu da diqqətə çatdırılır.

Vurğulanır ki, Ermənistan və Azərbaycan arasındakı gərginlik Azərbaycanın Dağlıq Qarabağ regionunun 90-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal ediləndən, təxminən 30 ildir davam edir. Ermənistandakı anti-Azərbaycan hissləri getdikcə Azərbaycana qarşı fəlakətli nəticələrə səbəb olan hərtərəfli hərbi kampaniyaya çevrilib.

Qeyd edilir ki, 1991-ci ildə başlayan və 4 il - 1994-cü ilədək davam edən müharibə zamanı 30 min insan həlak olub və 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınıb. 1994-cü ildə müharibə atəşkəs sazişi ilə dayanıb.

Diqqətə çatdırılır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonu bu gün Ermənistan işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinə, eləcə də ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan siyasi danışıqlara baxmayaraq, Yerevan münaqişənin qeyri-hərbi yolla həllinə mane olur. Azərbaycan rəsmiləri beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu Ermənistanın Azərbaycan mülki sakinlərinə qarşı hərbi hücumuna qarşı tədbir görməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ tərəfləri dərhal danışıqlar masasına qayıtmağa və ATƏT-in monitorinq missiyasının bölgəyə qayıtması çağırışı ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.