DÜNYA


Nümayişçilər Beyrutda İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarına hücum ediblər

Qahirə, 8 avqust, AZƏRTAC

Beyrutun Şəhidlər meydanına çıxaraq parlamentin binasına doğru irəliləyən nümayişçilər İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarına hücum ediblər. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir. Hər iki binanın qarşısında avtomobillər yandırılıb, yanğınlar baş verib. Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Həsən Diyab xalqa müraciət edib. O deyib ki, xalqın hökumətə qəzəbini haqlı hesab edir və tezliklə ölkədə növbədənkənar seçkilərin keçirilməsi təklifini Prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq. Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”, - deyə hökumətin başçısı vurğulayıb.

Son məlumatlara görə, partlayış qurbanlarının sayı 158-ə çatıb, 6 min nəfər isə yaralanıb. Bundan başqa, 300 min Beyrut sakini evsiz qalıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.