İQTİSADİYYAT


Nümunəvi vergiödəyicilərinə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulub

Bakı, 21 oktyabr, AZƏRTAC

Vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması, nümunəvi

vergiödəyicilərinə münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulub.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu barədə Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin Şəffaf vergi partnyorluğu şöbəsinin müdiri Hacı Qasımov məlumat verib.

Onun sözlərinə görə, vergiödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimad və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənişə keçidinin əsas şərtlərindən hesab olunur. “Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. “Şəffaf vergi partnyorluğu” layihəsinə başlanılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması istiqamətində yeni bir yanaşmadır”.

H.Qasımov vurğulayıb ki, hazırda partnyor vergiödəyicilərə ərazi məhdudiyyəti nəzərə alınmadan “Yaşıl dəhliz” prinsipi əsasında xidmət göstərilir. Onlara bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir.

Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində növbəsiz və sürətli xidmətlərin göstərilməsi, müraciətləri əsasında onlar üçün “dəyirmi masa”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.

Bundan əlavə, Vergilər Nazirliyinin internet saytının “Aktual” bölməsində şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən

vergiödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipini əks etdirən “Yaşıl dəhliz” alt bölməsi yaradılıb.

Burada layihə barədə müxtəlif məlumatlar, o cümlədən partnyor vergiödəyicilərinin adları qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.