İDMAN
“Nur-Sultan 2019”: Güləşçilərimiz Hacı Əliyev və Mahir Əmiraslanov təsəlliverici görüşlərdə iştirak edəcəklər
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təsəlliverici görüşlərdə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, güləşçimiz Mahir Əmiraslanov (57 kq) dünya çempionatına qələbə ilə başlayıb. Qırğızıstan təmsilçisi Ulukbek Joldoşbekovu məğlub edən təmsilçimiz onaltıdabir finalda rusiyalı Zaur Uquevə uduzub. Üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə ilk görüşündə digər Rusiya güləşçisi Hacımurad Rəşidova məğlub olub. Rusiyalı güləşçilərin dünya çempionatının finalına vəsiqə qazandıqları üçün idmançılarımız təsəlliverici görüşdə iştirak hüququ qazanıblar.
Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]