DÜNYA
Nur-Sultan aeroportunda 34 aviareys təxirə salınıb
Nur-Sultan, 17 yanvar, АZƏRTAC
Qazaxıstan yenidən soyuq hava silklonlarının əsarəti altına düşüb. Paytaxtdakı "Nursultan Nazarbayev" beynəlxalq hava limanında güclü fırtına səbəbindən 34 aviareys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, “Türk Hava Yolları”nın Nur-Sultan-İstanbul, “FlyDubai” aviaşirkətinin Nur-Sultan-Dubay, “Lufthansa” hava yollarının Nur-Sultan-Frankfurt, “Aeroflot” hava yollarının isə Nur-Sultan-Moskva istiqamətində reysləri təxirə salınıb. Həmçinin qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın bütün növləri üçün yollarda hərəkət bağlanıb. Paytaxt Nur-Sultanda qar yağıntısı və güclü çovğun başlayıb. Sinoptiklərin proqnozlarına görə, yaxın 3 gün ərzində güclü qar yağıntısı gözlənilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]