SİYASƏT


Nur-Sultan şəhərinin ən hündür binalarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Nur-Sultan, 18 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzindəki ən hündür binalardan biri Azərbaycana dəstək məqsədilə iki gün müddətində dövlət bayrağımızın rənglərində işıqlandırılacaq.

AZƏRTAC xəbər verir ki, son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsinə, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstan vətəndaşları da kəskin etiraz edirlər.

Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının xalqımıza mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Bina həm də 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bayrağımızın rənglərinə bürünüb.

Qeyd edək ki, Qazaxıstan paytaxtının mərkəzində Azərbaycan nümayiş etdirilməsi sosial mediada böyük marağa səbəb olub və böyük dəstək qazanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.