SİYASƏT


Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzv dövlətlərinin XİN rəhbərlərinin VI görüşü keçirilir VİDEO

Nur-Sultan, 12 oktyabr, АZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin VI görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev də iştirak edir.

Xarici işlər nazirlərinin Nur-Sultandakı (hibrid formatda) görüşünün gündəliyində forumun fəaliyyətinin əsas seqmentlərində etimad tədbirlərinin gücləndirilməsi kontekstində inkişaf perspektivləri müzakirə olunacaq.

Görüşün sonunda siyasi bəyannamənin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstanın Birinci Prezidenti - elbası Nursultan Nazarbayev irəli sürüb. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 27 daimi və 8 müşahidəçi üzvü var.

Müşavirədə iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşləri dörd ildə ən azı bir dəfə keçirilir.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.