DÜNYA
Nur-Sultanda karantin tədbirləri sabahdan gücləndiriləcək
Nur-Sultan, 13 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin tədbirləri gücləndiriləcək.
Şəhər akimatılığının (qubernatorluğu) qərarı ilə COVID-19 yoluxma riskinin və xəstələrin sayının artması ilə əlaqədar olaraq, bir sıra əlavə məhdudiyyətlər qəbul edilib.
AZƏRTAC xəbər verir ki, paytaxtda karantin tədbirləri oktyabrın 14-dən etibarən qüvvəyə minəcək. İctimai nəqliyyatın fəaliyyəti bazar günü dayandırılacaq və avtobuslar dezinfeksiya olunacaq. İaşə müəssisələri, restoran və kafelər, həmçinin iri supermarketlər qısaldılmış rejimlə fəaliyyət göstərəcəklər.
Bundan başqa ölkənin Çimkent şəhərində və Atrau vilayətində karantin müddəti uzadılıb. İstirahət və bayram günlərində ticarət mərkəzləri və digər ticarət müəssisələri, qapalı bazarlar - qeyri-ərzaq və ərzaq bazarları fəaliyyətini dayandıracaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan