CƏMİYYƏT


Nur-Sultanda onlayn formatda XVII Avrasiya Media Forumu keçirilir

Nur-Sultan, 15 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu keçirilir. Onlayn formatda keçirilən forum dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, bu il forumda ölkəmizi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttərov təmsil edirlər.

Birillik fasilədən sonra onlayn formatda keçirilən Avrasiya Media Forumun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunub. Tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edilib.

Forumun ikinci və üçüncü günlərinin mövzuları dünya siyasəti və iqtisadiyyatı, media, ekologiya, təhsil və futurologiya kimi sahələri əhatə edəcək.

Tanınmış beynəlxalq və qazax mütəxəssislər pandemiyanın qlobal proseslərə və insanlararası münasibətlərə təsirini, media və texnologiya sahələrindəki tendensiyaları, qeyri-dəqiq məlumatların həddindən artıq çox olması problemini, yeni ekoloji vəziyyəti müzakirə edəcəklər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.