MƏDƏNİYYƏT
“Nur” yaradıcı gənclər teatrının təqdimatında Novruz sevincləri
Bakı, 22 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı və “Nur” yaradıcı gənclər teatrının təqdimatında Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, bayram şənliyi kiçik yaşlı uşaqlar üçün təşkil olunub. Burada onlar üçün Kosa və Keçəlin iştirakı ilə müxtəlif xalq oyunları təşkil edilib.
Şənlikdə müğənnilər Sami Oruc, Nəzrin Hacıqızı, Könül Şıxəliyeva, “Məryəm”, “Xəzri”, “Səbinə” rəqs qruplarının çıxışları maraqla qarşılanıb və uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]