Nurlan Aslanov: “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin təşkilini nəzərdə tutmuşuq
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Kunq-fu Federasiyası tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planı hazırlanıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov deyib.
Federasiyası rəsmisi bildirib ki, ölkəmizdə uğurlu idman siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız isə beynəlxalq arenada qalib xalqın nümayəndələri kimi çıxış edir, qələbələri ilə bizi sevindirirlər. “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin təşkilini nəzərdə tutmuşuq. Əsas diqqətimizi mayda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirəcəyimiz beynəlxalq turnirə yönəltmişik. Turnirin yüksək səviyyədə təşkili üçün hazırlıqlar artıq davam edir.
Xəbərin mətnində orfoqrafik səhv var