MƏDƏNİYYƏT


Nurlan Məmmədzadənin “El üçün ağlayan gözlər” kitabının təqdimatı olub

Bakı, 6 oktyabr, AZƏRTAC

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 6-da Nurlan Məmmədzadənin “El üçün ağlayan gözlər” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab “İpək yolu” nəşriyyatında çap edilib.

Tədbirdə türk yazar Salih Zeki Meriç türk xalqının kitaba bəslədiyi hörmətdən danışıb: “Kitabin insanlara aşıladığı dəyərləri qiymətləndirmək lazımdır. Biz kitab mədəniyyətinin davamçıları, kitabla böyüyən uşaqlarıq. Kitab bizim həyatımızda hədəflərə çatmaq üçün ən önəmli vasitədir”.

“İpək yolu” nəşriyyatının əməkdaşı Əziz Soltan deyib: “Biz Nurlanın əvvəl də kitablarının təqdimatlarında iştirak etmişik. Ancaq bu dəfə atası Məmməd Məmmədzadənin xatirəsinə yazdığı kitabı oxuyarkən qəhərimizi boğa bilmirdik”.

Ə.Soltan atalara göstərdiyi hörmətə görə müəllifə təşəkkürünü bildirib.

Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif növbəti kitabının mövzusundan danışıb. Bildirib ki, “Çay söhbətləri” adlı kitabını yaxın aylarda tamamlayacaq.

Sonra müəllif təqdimatını keçirdiyi kitabını oxuculara hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.