İDMAN


Nurlana Məmmədzadə: Ölkə çempionatı gimnastlara öz proqramlarını təkmilləşdirmək imkanı verir

Nurlana Məmmədzadə: Ölkə çempionatı gimnastlara öz proqramlarını təkmilləşdirmək imkanı verir

Bakı, 24 mart, AZƏRTAC

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı apreldə ölkəmizdə keçiriləcək “AGF Trophy” beynəlxalq turniri və dünya kuboku yarışları öncəsi idmançılara öz proqramlarını təkmilləşdirmək imkanı verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə martın 24-də jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı bu il ölkədə gimnastika növləri üzrə təşkil olunan üçüncü yerli yarışdır. Belə ki, fevralda batut və tamblinq, martın ortalarında kişilər və qadınlar arasında idman gimnastikası və akrobatika gimnastikası üzrə respublika yarışları keçirilib. Bədii gimnastika üzrə ölkə çempionatı iki gün davam edəcək. Yarış fərdi proqramda çıxış edən gimnastlar arasında keçirilir, qrup komandaları isə nümunəvi çıxışlar təqdim edəcəklər.

N.Məmmədzadə onu da əlavə edib ki, çempionatın iştirakçıları arasında Azərbaycan bədii gimnastikasının parlaq nümayəndələri - Zöhrə Ağamirova və yığma komandanın digər üzvləri var.

Qeyd edək ki, yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək. Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyük yaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar. Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.