Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nurlar ailəsi: “Tokio 2020” Olimpiadasının təşkilat komitəsində Azərbaycanın müsbət imicini tanıtmağa çalışırıq

Tokio, 27 dekabr, AZƏRTAC

“Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsində çalışan Nurlar ailəsi ilə artıq uzun müddətdir Yaponiyada yaşayan həmyerlimiz, tanınmış pianoçu Gülnarə Səfərovanın böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə təşkil etdiyi konsert zamanı tanış olmuşduq. Ötən ilin noyabrında keçirilən konsertdən əvvəl buraya toplaşan azərbaycanlılarla hal-əhval tutarkən Tokioya yeni gəlmiş bu ailə də diqqətimizi cəlb etdi. Hamı ilə mehribanlıqla salamlaşan həmin ailənin üzvləri Yaponiyada həmyerliləri ilə bu görüşdən çox məmnun olduqlarını bildirirdilər. Cəmi beş yaşı olmasına baxmayaraq, balaca Ərən ilk gördüyü insanlara ünvanladığı böyüklərə xas suallarla diqqəti cəlb edirdi. Ailənin başçısı Ziyanın “Tokio 2020” Olimpiya Oyunlarının təşkilat komitəsində çalışdığını öyrəndikdən sonra bu ailəyə marağımız daha da artdı və tezliklə əlaqə saxlamaq barədə razılaşdıq. Lakin həm mənim, həm də Ziyanın işinin çoxluğu və yaşadığımız məntəqələr arasındakı böyük məsafə buna imkan vermədi.

Nurlar ailəsi ilə növbəti görüşümüz Azərbaycanın Yaponiyadakı səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda baş tutdu. Bu dəfə artıq Çinarənin də təşkilat komitəsində işə düzəldiyini, balaca Ərənin isə yerli dildə danışmağa başladığına görə yapon bağçasına getdiyini öyrəndik. Yenə razılaşdıq ki, yaxın vaxtlarda əlaqə saxlayıb mütləq görüşək. Lakin nə qədər çalışsaq da, tezliklə görüşmək bu dəfə də alınmadı. Xüsusilə Ziyanın işinin çoxluğu, hətta istirahət günləri belə çalışması səbəbindən ətraflı söhbət üçün görüş cari ilin dekabrına kimi çəkdi. Diaspor fəallarımızın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil etmək təşəbbüsündən istifadə edərək həmin gün tədbirdən bir neçə saat əvvəl görüşmək barədə razılaşdıq. Tokionun məşhur “Haracuku” dəmir yolu stansiyasının yaxınlığında görüşən andan Ərənin yağış kimi sualları ilə qarşılaşdıq. Siz də Yaponiyada yaşayırsınız? Burada nə işlə məşğulsunuz? Yapon dilini bilirsiniz? Əlinizdə niyə çamadan var, Bakıdan təzə gəlmisiniz? və sair. Çinarə xanım gülə-gülə dedi ki, Ərən sizdən əvvəl müsahibə götürdü. Həqiqətən bu balacanın zehninin itiliyi, böyüklərə xas düşüncə tərzi adamı heyran edir. Cəmi altı yaşı olmasına baxmayaraq, doğma dildən başqa, rus, ingilis və yapon dillərində sərbəst danışır. Gəzintiyə isə kitabsız çıxmır və mütaliəni çox sevir. Oxuduğu kitablar da əsasən ingilis dilindədir.

Tokionun məşhur əyləncə mərkəzlərindən biri olan Haracuku rayonunda görüşdüyümüzə görə söhbət etmək üçün boş yer olan kafeni çox çətinliklə tapdıq. İstirahət günü evdə dincəlmək əvəzinə dostları ilə görüşə can atan yaponlar və Tokionun qonaqlarına görə kafelərdə boş yer demək olar ki, yox idi.

İlk olaraq suallarımızı Ziya cavablandırdı. Dedi ki, 1986-cı ildə Lənkəranda doğulub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya texnologiyaları və idarəetmə fakültəsində ali təhsil alıb. Sonra universitetdə həmin ixtisas üzrə magistraturaya qəbul olsa da, xaricdə təhsil almaq məqsədilə oranı yarımçıq tərk edib. Hərbi xidməti başa vurduqdan sonra telekommunikasiya sahəsində işləyib. Əmək fəaliyyətinə “McDermott” şirkətində tələbə olarkən başlayıb, sonra “Berke” (Türkiyə), “Huawei” (Çin), “AzərTelecom” kimi şirkətlərdə şəbəkə mühəndisi kimi çalışıb.

Layihələrin idarə edilməsinə göstərdiyi maraq onu idman yarışlarının texnoloji təminatı sahəsinə gətirib. “Bakı 2015” birinci Avropa Oyunlari ilə idman sahəsində fəaliyyətə başlayıb və sonralar IV İslam Həmrəyliyi Oyunları, V Asiya Oyunları (Türkmənistan), Birlik Oyunları (Avstraliya) kimi nüfuzlu idman yarışlarının təşkilat komitələrində işləyib. Tokioya gəlməzdən öncə bir müddət “BakTelecom” (Bakı Telefon Rabitəsi istehsalat Birliyi) şirkətinin texniki şöbə rəisi vəzifəsində çalışıb. Hazırda “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsində beynəlxalq yayım mərkəzinin texniki meneceri kimi fəaliyyət göstərir. Ziya Nurun işlədiyi şöbənin əsas vəzifələrindən biri yarışların nəticələrinin hesablanması üzrə texnologiyaların təminatı olsa da, özü müxtəlif media və yayımçılara göstəriləcək IT və telekommunikasiya xidmətlərinə cavabdehdir.

Bizimlə söhbətində Ziya qeyd etdi ki, bəzilərinə bu proses çox sadə görünə bilər, lakin idman yarışlarının keçiriləcəyi məkanların müvafiq texnologiyalarla təchizatı, bu məqsədlə orada lazımi avadanlığın quraşdırılması, onun texnoloji təminatı çox böyük layihədir və buna illərlə vaxt lazım olur. Bir çox hallarda yarışların həcmi nəzərə alınaraq, həmin idman obyektlərində mövcud infrastrukturdan istifadə edilmir və sıfırdan başlayaraq yeni infrastruktur quraşdırılır. Buna görə də həmin idman obyektlərinin yarışlar üçün hazırlanmasına bir neçə il əvvəldən başlanılır ki, bu da həmin sahə üzrə peşəkar mütəxəssislərin bir yerə toplanmasını tələb edir. Buna görə də müasir idman yarışlarına cavabdeh olan təşkilat komitələri bir neçə il əvvəl təsis edilir və müvafiq işləri həyata keçirir.

Ziya onu da əlavə etdi ki, bu sahə ilə əlaqədar mütəxəssislər beynəlxalq səviyyəli hesab olunurlar və böyük idman yarışları, müxtəlif sərgilər, digər beynəlxalq tədbirlər zamanı onlar bu işlərə cəlb edilirlər. Təbii ki, bu zaman onların malik olduğu təcrübə və digər tanınmış mütəxəssislər tərəfindən verilən tövsiyə mühüm rol oynayır.

2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları ilə müqayisədə hazırda Azərbaycanda bu sahə üzrə mütəxəssislərin sayının xeyli artdığını xüsusi vurğulayan müsahibimiz bildirdi ki, əgər həmin yarışlar vaxtı əsasən əcnəbilər dəvət edilmişdilərsə, 2019-cu ildə keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı zamanı əsasən yerli mütəxəssislərdən istifadə olundu. Bu o deməkdir ki, birinci Avropa Oyunları həm də Azərbaycanda sözügedən sahə üzrə beynəlxalq səviyyəli mütəxəssislərin yetişməsinə böyük təkan verdi.

“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsinin veb-saytında vakant yerlərlə bağlı informasiyaların hazırda da olmasına diqqət çəkən Z.Nur həmyerlilərimizi bu imkandan istifadə etməyə çağırdı. Bildirdi ki, təşkilat komitəsində çalışmaq istəyənlər bu saytdakı https://tokyo2020.org/en işlə bağlı https://recruiting.tokyo2020.org/en/index.html səhifəsinə müraciət edə bilərlər. Əlavə olaraq dedi ki, bu yaxınlarda Azərbaycandan daha bir nəfər – Aynur Hacıyeva adlı xanım təşkilat komitəsində həmin sayt vasitəsilə işlə təmin edilib.

Hazırda “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsində akkreditasiya üzrə menecer kimi fəaliyyət göstərən Çinarə xanım Nur isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə magistr təhsili aldığını, hələ tələbə olarkən onlayn şirkətlərin birində tərcüməçilik fəaliyyətinə başladığını bildirdi. Qeyd etdi ki, sonralar kurslarda ingilis dili müəllimi və inzibati işçi kimi çalışıb. Azərbaycanda fəaliyyət göstərən bir neçə beynəlxalq məktəbdə müəllim və kurrikulum koordinatoru kimi işləyib, daha sonra isə müəllimlər üçün təlimçi fəaliyyəti ilə məşğul olub. Həmin dövrdə yerli və xarici müəllimlərə, təhsil rəhbərlərinə, menecerlərə mindən çox fərqli mövzularda təlim keçib. Onlarla beynəlxalq konfransın həm təşkilində, həm də təqdimatında iştirak edib, bu tədbirlərin iştirakçısı olub. Bir çox beynəlxalq sertifikatlara sahibdir.

Tokioya gəlmək ərəfəsində fəaliyyət sahəsi ilə bağlı həm yüksək vəzifə təklifi almasına, həm də Münxen Texniki Universitetinə təhsilin idarəedilməsi ixtisası üzrə magistraturaya qəbul olmasına baxmayaraq, Yaponiya variantına üstünlük verib.

“Bəs biri-birinizlə necə tanış olmusunuz?” sualının cavabında isə bunun çox maraqlı tarixinin olduğunu bildirdilər. Qeyd etdilər ki, orta təhsillərini Lökbatan qəsəbəsində 288 nömrəli məktəbdə, paralel siniflərdə alıblar. Doqquzuncu sinifdə oxuyarkən məktəbin dram dərnəyi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsərini ingilis dilində səhnələşdirmək təşəbbüsü ilə çıxış edir. Ziya Süleyman bəy, Çinarə isə Asya xanım rollarına təsdiq olunurlar. İlk tanışlıqları da buradan başlayır. Uzun müddət davam edən dostluq münasibətləri Çinarə xanım magistraturanı bitirdikdən sonra gənclərin ailə qurması ilə nəticələnir.

Nurlar ailəsi Yaponiyaya gəldikdən sonra qarşılaşacaqları ilk problemin məhz balaca Ərənin yerli mühitə uyğunlaşması ilə bağlı olacağını düşünürlər. Lakin valideynlərinin narahatlığının tam əksinə olaraq, Ərən yerli mühitə daha tez uyğunlaşır. Beynəlxalq dildə yox, yapon dilində uşaq bağçasını seçir. İti zehni nəticəsində qısa zamanda - cəmi altı aya yapon dilini öyrənir. Hətta valideynləri fəxrlə qeyd etdilər ki, yaşadığımız rayonda bizi özümüzə görə yox, məhz Ərənin ata və anası kimi tanıyırlar. Ətraf mühitə sürətlə uyğunlaşmaq bacarığı, qarşılaşdığı insanlarla asanlıqla ünsiyyət qurması, həmçinin dil probleminin olmaması onun çoxlu dost tapmasına səbəb olur.

Çinarə xanım Ərənin yerli mühitə çox qısa zamanda alışdığını görərək o da özünə iş axtarmağa başlayır. Əvvəlcə Tokio beynəlxalq məktəbində könüllü olaraq ibtidai sinif müəllimi işləyir. Tezliklə ona burada iş təklif olunur. Bununla yanaşı, başqa məktəblər də onu işə dəvət edirlər. “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin saytında müvafiq iş təklifi barədə məlumatı gördükdən sonra ora müraciət etmək qərarına gəlir. Çinarə xanımın dil bilikləri və təcrübəsi nəzərə alınaraq o, təşkilat komitəsində akkreditasiya üzrə menecer kimi işə qəbul edilir. Bu zaman onun hazırda Yaponiyada yaşaması da məsələnin müsbət həll olunmasına təsir göstərir.

Təşkilat komitəsində işinin çox maraqlı olduğunu qeyd edən Çinarə xanım əlavə olaraq onu da bildirdi ki, əsas işi milli olimpiya komitələri ilə əlaqələrin qurulmasından, onların akkreditasiyasından ibarətdir. Onun kurasiyasına daxil olan 14 ölkə içərisində isə həm Azərbaycanın, həm də Türkiyənin olması onu daha çox sevindirir. Eyni zamanda, vurğuladı ki, fəaliyyəti Azərbaycanın tanınması baxımından da çox əhəmiyyətlidir. Onunla birlikdə işləyənlərin bir qisminin Azərbaycan barədə heç məlumatı olmamasını təəssüflə qeyd edərək, bu işin ölkəmizin tanıdılması baxımından da əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, idarə daxilində müxtəlif millətlərin nümayəndələrinin onun ana dilində danışdırılması təcrübəsi digər xalqların istər-istəməz bu ölkə barədə məlumatlanmasına, qarşılıqlı mübadiləyə səbəb olur. Bütün bunlar isə Azərbaycanın müsbət imicinin tanıdılması baxımından çox əhəmiyyətlidir.

Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edən Nurlar ailəsi Tokiodakı fəaliyyətlərinin həm ölkəmizin tanıdılması, həm də öz karyeralarını inkişaf etdirmək baxımından əhəmiyyətli olduğunu qeyd etdilər. Bildirdilər ki, bu istiqamətdə davamlı şəkildə irəliləmək üçün bundan sonra da əzmlə çalışacaqlar.

Biz də gördükləri işin mühüm əhəmiyyətini vurğulayaraq, Nurlar ailəsinə gələcək fəaliyyətlərində uğurlar arzuladıq. Yolunuz açıq, işiniz avand olsun!

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Peskov: “Krokus”dakı terror aktı ilə bağlı rəsmi versiya irəli sürülməyib

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Fransız müxalifətçinin məhkəməsinin vaxtı məlum olub

RF XİN: Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etmək sadəlövhlükdür

Mariya Zaxarova Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı şayiələri şərh edib

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

RF XİN: Moskva anklavlar məsələsinin həllinə köməklik göstərməyə hazırdır

“Xalqın mədəni sərvəti” layihəsi növbəti dəfə Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunub

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb VİDEO

UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər

“Crocus City Hall”da törədilən terror aktı qurbanlarının 84-nün cəsədi tanınıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Naxçıvanda doğum günü mart ayında olan şəhidlərin xatirəsi anılıb

“SOCAR Methanol” yanvar-fevral aylarında istehsalı ikiqat artırıb

AMEA-da 27 Mart – Elm Günü qeyd olunub

Gürcüstanda fiziki və hüquqi şəxslərə verilən kreditlərin həcmi artıb

Yeliseyin bağlı qapıları arxasında etiraf olunan fiasko – ŞƏRH

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək

Ekspert: Avropada türklərə qarşı artan hücumların təməlində ifrat irqçilik dayanır

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Azərbaycanda 12 min məktəbli kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılacaq