İDMAN


Nurməhəmmədov Makqreqorla döyüşə görə özünün rekord qonorarını alacaq

Bakı, 6 oktyabr, AZƏRTAC

Yüngül çəkidə Mütləq Döyüşçü Çempionatının (UFC) çempion kəmərinə sahib Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qarşı döyüşü üçün 2 milyon dollar qonorar alacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həmin qonorar döyüşçülərin rinqə çıxmasına görə verilən zəmanətli məbləğdir. Sponsorlardan və ödənişli yayımlardan əldə edilən vəsait bura daxil deyil. Beləliklə, 30 yaşlı rusiyalının irlandiyalı ilə döyüşünə görə alacağı ümumi məbləğ xeyli artırıla bilər.

Konor Makqreqorla döyüşə görə Nurməhəmmədova veriləcək qonorar onun UFC-də çıxışı ərzində alacağı rekord məbləğ olacaq. Buna qədər isə rusiyalı idmançı təşkilat çərçivəsində ən çox 530 min dollar qonorar alıb.

Makqreqorun isə rusiyalı ilə döyüşə görə alacağı qonorarın məbləği 3 milyon dollar təşkil edir.

Qeyd edək ki, Nurməhəmmədov Makqreqorla oktyabrın 7-nə keçən gecə ( Bakı vaxtı ilə təxminən səhər saat 8:00 radələrində) Las-Veqas şəhərində rinqə çıxacaq. Bu qarşılaşma UFC turnirinin əsas hadisəsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.