REGİONLAR


Nursel Musayeva: Azərbaycan xalqı qəhrəman xalqdır

Lənkəran, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan xalqı qəhrəman xalqdır. Biz Lənkəran şəhərində general Həzi Aslanovun ev-muzeyində olarkən bunun bir daha şahidi olduq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tur-aksiya iştirakçısı, Zaqatala şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nursel Musayeva bildirib.

N.Musayeva deyib: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlar, igid qəhrəmanın müharibə dövründəki əşyaları, paltarları, o cümlədən güllə yarası aldığı hərbi geyim böyük marağımıza səbəb oldu. Gənc yaşlarında müharibədə göstərdiyi şücaətə, qəhrəmanlığa görə general rütbəsi alan həmyerlimizin rəhbərlik etdiyi tank qoşunları İkinci Dünya müharibəsində 8 ayda səkkiz şəhəri düşməndən azad edib”.

Bu gün Həzi Aslanov kimi qəhrəmanların yolunu Mübariz İbrahimov kimi igidlərin davam etdirdiyini vurğulayan Zaqatala məktəblisi Azərbaycanda yüzlərlə belə qəhrəmanın olduğunu qeyd edərək, düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.