DÜNYA


Nursultan Nazarbayevin Qazaxıstan tarixində rolu

Bakı, 2 iyul, AZƏRTAC

XX əsrdə dünya müxtəlif yerlərdə bir sıra hadisələrin sürətli inkişafının şahidi oldu. 1990-cı illərdə Qazaxıstan da öz modernləşmə yoluna qədəm qoyub. Ölkənin intibahının və irəliyə can atmasının zamanı çətin 1990-cı illərdəki tarixi dövrə təsadüf edib.

Bu gün suveren Qazaxıstanın yolunun necə ola biləcəyi barədə müxtəlif fikirlər söyləmək olar, lakin respublikanın tarixində onun ilk liderinin şəxsiyyəti faktoru taleyüklü olub. Çoxdan məlumdur ki, bir şəxsiyyət tarixin gedişatını dəyişdirə bilər. Məsuliyyəti üzərinə götürmək, ölkənin inkişafı ilə bağlı aydın baxışa sahib olmaq və onu müdafiə etmək – tarixi şəxsiyyətlərin bu cəhətləri tarixin ən kritik və əhəmiyyətli məqamlarında xalqlara xüsusilə lazım olur.

Nursultan Nazarbayev Qazaxıstanın tarixində Türkiyədə Atatürk, Fransada Şarl de Qoll, Malayziyada Maxatxir Mohammad, Sinqapurda Li Kuan Yu, Çində Den Syaopin üçün və s. kimi dünya şöhrətli reformatorların öz ölkələrinin inkişafında oynadığı genişmiqyaslı rol oynayıb.

Sovet İttifaqının dağılmasından sonra müasir Qazaxıstan inkişafın kompleks çağırışlarına cavab verməli oldu. Ondan başlamaq lazımdır ki, iri dövlətləri və qeyri-stabil cənub qonşuluğu ortasında yerləşən coğrafi mövqe ölkənin mürəkkəb geosiyasi vəziyyətini müəyyənləşdirdi və iqtisadi imkanlarını daraltdı. Respublika kifayət qədər çətin sosial-demoqrafik vəziyyətlə üzləşdi.

Həmin dövrdə SSRİ-nin sürətlə dağılması səbəbindən Qazaxıstanda 1990-1994-cü illərdə iqtisadi istehsalatın həcmi iki dəfə, nəqliyyat daşımalarının həcmi 2/3 dəfə, kənd təsərrüfatı istehsalatı 30 faiz azaldı. Kömür, dağ-mədən və digər sahələrdəki ittifaq önəmli sənaye nəhənglərinin işini dayandırdı. İşsizlik artırdı, kütləvi iqtisadi miqrasiya başladı. Qazaxıstan da SSRİ-də mövcud olan qeyri-effektiv iqtisadi modeli adlamalı idi. Bazar iqtisadiyyatına üz tutan ölkədə idarəetmənin arxaik mexanizmləri və dövlət institutlarının təşkilatları qaldı. 30-dan çox dini konfessiyaya mənsub olan, 130-dan çox milliyyətdən ibarət olan çoxmillətli cəmiyyətdə sülh və əmin-amanlığı qorumaq vacib idi. Qonşular və iri ölkələri ilə xarici əlaqələrin qurulması vəzifəsi ortaya çıxdı, dünya ictimaiyyətində öz yerini tapmaq lazım idi.

Bütün bu çətinliklərdən gənc Qazaxıstan birinci Prezidentinin rəhbərliyi altında keçdi. Hazırda ilk illərin çağırışları və məhdudiyyətlərin kompleksi başqa cür görünür – onların çoxu inkişaf imkanına çevrilib. İllər keçdikcə aydın olur ki, qeyri-müəyyənlik dövründə Qazaxıstan millətinin lideri təkcə öz dövrü üçün cəsur qərarları qəbul etməyi deyil, həmçinin milləti böhranlı dövrdə birləşdirməyi, onu inkişafın yeni mərhələyə çıxarmağı bacarıb.

1990-cı illərin əvvəlində Nursultan Nazarbayev dövlətin inkişaf proqramının bütün sahələrini tez bir zamanda hazırlamağı və milli modernləşməni həyata keçirməyi bacarıb. O, “əvvəlcə iqtisadiyyat, sonra siyasət” inkişaf düsturunu təqdim edib. Yəni, ölkə ilk öncə iqtisadi inkişafa, bundan sonra isə onun üzərində demokratik institutların inkişafına üstünlük verib.

Bu gün bu təcrübə “Nazarbayev modeli” və ya Qazaxıstanın yolu kimi tanınır. Onun əsasında duran vəzifələrin rasional şəkildə həll olunmasında düşünülmüş və mərhələli dövlət quruculuğu, gələcəkdə ambisiyalı məqsədlərə canatma dayanır. Üç onilliklərin bütün geniş tarixini bu yazı formatında ehtiva etmək, sadəcə, mümkünsüzdür, lakin qısaca desək, Qazaxıstanın birinci Prezidentinin səyləri islahatlar və inkişaf üçün əsas mərhələlərə yönəlib.

1990-cı illərin əvvəli birinci modernləşmə dövrüdür. Həmin dövrdə dövlət idarə etmə sistemini yenidən qurmaq, bazar iqtisadiyyatının əsasını formalaşdırmaq və dünya ictimaiyyətinə inteqrasiya kimi vəzifələr dururdu. Bu dövrdə Qazaxıstan iqtisadi, sosial və ictimai-siyasi sahələrdə “üçlü tranzit” həyata keçirib. Həyatın bütün sahələrində islahatlar keçirilib.

Qazaxıstan demokratiyanı siyasi inkişaf quruluşunun modeli kimi şüurlu şəkildə seçib. 1995-ci ildə yeni Konstitusiyanın əsasında icra, qanunverici və məhkəmə sistemlərinin ayrılması ilə siyasi sistem yaradılıb, hüquqi dövlətin əsasları qoyulub. Dövlət tərəfindən dərin iqtisadi dəyişikliklər həyata keçirilib və bazar iqtisadiyyatını əsas mexanizmləri formalaşdırılıb. Qeyri-müəyyənlik fonunda Qazaxıstan stabilliyini müdafiə edib və cəmiyyətdə etnik və dini barışığını qoruyub.

Qazaxıstan sülhə, inkişafa yönələn dövlət kimi özü barədə bütün dünyaya elan edib və öz istəyi ilə SSRİ-dən qalmış dünyada 4 ən güclü nüvə arsenalından imtina edib. Gənc dövlət dünyanın əksər ölkələri ilə diplomatik əlaqələr qurub, dünya ictimaiyyətinin üzvü olub və beynəlxalq tanınmasına nail olub. Bu dövrə Qazaxıstan dövlətin uzunmüddətli inkişaf strategiyasını hazırlayaraq gözlənilməz addım atıb. 1997-ci ildə Nursultan Nazarbayev ictimaiyyətə həyatın bütün sahələrində detallı fəaliyyət planı ilə 2030-cu ilə qədər İnkişaf strategiyasını təqdim edib. Həmin dövrdə bir çox postsovet ölkələrinin başı vacib sosial-iqtisadi və daxili siyasi məsələlərin həllinə qarışdığı zaman Qazaxıstanın birinci Prezidenti irəliyə baxmağı, gələcək bir neçə onillikləri nəzərdən keçirməyi təklif edirdi.

Qazaxıstanın ikinci modernləşməsi 1990-cı illərin üçüncü rübündə başlayıb və 2010-cu illərin ortalarında tamamlanıb. Bu dövrdə təşkilati cəhətdən yenilənmiş Qazaxıstan çətin islahatların və səylərin bəhrəsini görməyə başlayıb və milli inkişaf strategiyası çərçivəsində irəliyə getməyə davam edib. Nursultan Nazarbayevin rəhbərliyi altında iqtisadiyyat dayanıqlı inkişaf trayektoriyasına çıxıb, ölkədə müasir dövlət institutları sistemi və orta sinif formalaşıb.

Cəmiyyətin rifahı artıb. Əgər 1990-cı illərdə adambaşına olan ÜDM 700 dollar təşkil edirdisə, 2013-cü ilə qədər bu göstərici 12 min dollara çatıb. Həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb ki, bunun nəticəsində Dünya Bankı Qazaxıstanı orta gəlir ölkələri sırasına daxil edib. 1998 və 2008-2009-cu illərin iki dünya iqtisadi böhranlardan müstəqil Qazaxıstan hiss olunacaq itkilər olmadan çıxıb, bu da gənc ölkənin dayanıqlılığını nümayiş etdirib.

Həmin dövr üçün ölkənin böyük uğurlu nailiyyəti ölkənin paytaxtının bu gün birinci Prezidentin adını daşıyan şəhərə - Nur-Sultana köçürülməsi olub. Yeni paytaxt bir sıra dövlət inkişafının strateji vəzifələrini həll edib və ölkəmizin yeni tarixi dövrünün simvoluna çevrilib. Bu, iqtisadi inkişafın effektivliyinin artmasına yönələn idarəetmədə yeni nailiyyətlərin, siyasi modernləşmənin, iqtisadiyyatda perspektivli istiqamətlərin axtarışının və institusional dəyişikliklərin zamanı idi.

2012-ci ildə Qazaxıstan 50 ən rəqabətədavamlı ölkə siyahısına daxil olub. Həmin illərdə “Qazaxıstan-2050” Strategiyasında Nursultan Nazarbayev qarşıya yeni ambisiyalı məqsəd qoyub – bir neçə ildən sonra dünyanın 30 ən qabaqcıl ölkəsi arasında yer tutmaq. Bu oriyentir gələcək illər üçün dövlət quruculuğunun yeni məntiqini qurmuş Qazaxıstanın milli ideyasının konturlarını cızıb.

Qazaxıstanın bu məqsədə doğru davamlı irəliləməsini birinci Prezidentin 2017-ci ildə elan etdiyi hazırkı üçüncü modernləşmə təmin edir. Bu illər ərzində respublika artıq öz artım potensialını nümayiş etdirib. Nursultan Nazarbayevin siyasəti sayəsində Qazaxıstanın ÜDM-i 22 milyard dollardan 184 milyard dollaradək artıb. İşgüzar fəallığı üçün şəraitlərin inkişafı üzrə səylər ölkənin Dünya Bankının “Doing Business” reytinqində 2005-ci ildə 86-cı yerdən 2019-cu ildə 25-ci yerə qədər qalxmasına gətirib çıxarıb.

İnkişafın yeni məqsədinə çatması xalqa məruzə edən təcrübəli dövlətin yaradılması üzrə islahatların davam etdirilməsi kömək edəcək. Bu, müasir dövrünün prioritetləri sırasında iqtisadiyyatının effektiv inkişafı, sərmayələrin cəlb edilməsi, innovativ sənayeləşmə, gələcək sosial modernləşməsi və millətin vahidliyinin qorunması durur.

Bu dövr çərçivəsində ölkədə siyasi islahatlar və iqtisadi dəyişikliklər davam etdirilir. Gələcək inkişafın kökündə insan kapitalı və “Ruhani janqıru” xüsusi proqram çərçivəsində mənəvi modernləşmə durur. Cari tapşırıqlarda bir biri ilə toqquşmayan üç modernləşmə, cəmində vahid məzmununa və alqoritminə sahib olan yekdil yenilənmə və inkişaf prosesini təşkil edir. Stabil dövlət sistemi və güclü prezident hakimiyyəti ölkədə dərin islahatların həyata keçirilməsinə şərait yaradıb.

Ümumilikdə, əsas nəticə ondan ibarətdir ki, müasir Qazaxıstan 1990-cı illərdə sağqalma mərhələsindən çoxdan çıxıb və ən çox inkişaf etmiş ölkələr arasında öz yerini tapması ilə bağlı qlobal rəqabət mərhələsinə keçib. Qazaxıstanın lideri həmişə respublikanı yaranan trendlərə və növbəti artım üçün yeni qlobal dalğasına uyğun etməyə çalışıb.

Qazaxıstanın dünya arenasında mövqelərini ayrıca qeyd etmək lazımdır. Bu illər ərzində birinci Prezidentin bir çox ideyalar və təşəbbüsləri həyata keçirilib və bu gün ardıcıl şəkildə inkişaf etdirilir. Qazaxıstan qlobal nüvə təhlükəsizliyi sahəsində aparıcı oyunçulardan olub. Qazaxıstan paytaxtda keçirilən dünya və ənənəvi dini liderlər qurultayı əsasında qlobal dinlərarası dialoqunu qurub və onu davam etdirir.

Qazaxıstanın sülhsevər siyasəti ölkənin ATƏT, ŞƏT, İƏT təşkilatlara, 2017-2019-cu illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə imkan yaradıb. Nursultan Nazarbayevin Avrasiya ideyası Avrasiya İqtisadi Birliyində öz əksini tapıb. Qazaxıstan ÜTT-nin üzvü olub və iri infrastruktur layihələrin həyata keçirilməsi sayəsində ölkəmizin ərazisi ilə quru dəhlizləri vasitəsilə keçən Şərqlə Qərb arasında ticarət daşımalarının operatoruna çevrilib.

Ölkənin xarici siyasəti bəri başdan konstruktiv xarakter daşıyır və çoxşaxəlilik prinsipinə əsaslanır. Dünyanın müxtəlif geosiyasi mərkəzləri ilə balanslaşmış münasibət Qazaxıstana Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, Mərkəzi Asiya, İslam dünyası ölkələri ilə qarşılıqlı faydalı əlaqələri qorumağa imkan yaradır. Qonşularla mehriban münasibətlər sayəsində Qazaxıstan tarixində ilk dəfə aydın, toxunulmaz, sənədlərdə öz əksini tapan, dünya ictimaiyyəti tərəfindən qəbul olunan sərhədlərə sahib olub.

Öz dövlətinin yaradılması əsrlərboyu Mərkəzi Avrasiyanın ucu-bucağı olmayan ərazilərə nəzarət edən xalqının minillik tarixində dönüş nöqtəsi olub. XX-XXI əsrlər Qazaxıstan üçün hətta bir dönüş dövrü deyil, əsl tektonik sürüşmə dövrü olaraq qeyd olunub. Liderin rəhbərliyi altında düşünülmüş modernləşmənin üç mərhələləri nəticəsində ölkə “zaman sıçrayışını” edib, yəni tez bir zamanda, heç bir tərəddüd olmadan bir siyasi-tarixi dövründən yenisinə, bir iqtisadi quruluşdan digərinə keçid edə bilib.

Bir neçə ildən sonra Nursultan Nazarbayev deyəcək: “...Qazaxıstan özünə də yaxın qonşulara göstərib ki, miqyasından asılı olmayaraq, qarşısında qoyduğu məqsədlərə çata bilər. Strateji məqsədlərin irəli aparılmasında davamlılıq, varislik – bunların hamısı bizə uğur, inkişafımızın dayanıqlılığını təmin edir...”. Bu qısa və çoxmənalı sözlərdə üç dövrün bütün məntiqi və nəticələri ehtiva olunub.

Ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın uzunmüddətli strategiyası Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qurulub. Bu gün Prezident Kasım-Jomart Tokayev dəyişməz çoxşaxəli xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli əlaqələrin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verir.

Xalqlarımızı çoxəsrlik dostluq telləri, tarixin, dinin, dilin və mədəniyyətin oxşarlığı birləşdirir. İldən-ilə sərmayə, ticari-iqtisadi, yanacaq-energetika, tranzit-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-humanitar və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlıq genişlənir. Beynəlxalq gündəliyin aktual məsələlər üzrə mövqelərin yaxınlığı ahəngli dialoqa yola açır. Hazırda ölkələrimiz arasında hansısa ziddiyyət ya da anlaşılmazlıq yoxdur.

Təşəbbüsü N.Nazarbayevə aid olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində də tərəfdaşlıq əlaqələrimizi gücləndiririk. 2019-cu il oktyabrın ortasında Qazaxıstanın birinci Prezidenti Bakıya səfər edib və səfər çərçivəsində fəxri sədr qismində Türk Şurasının 7-ci Sammitində iştirak edib və Türk Dünyasının ali mükafatına layiq görülüb. Bu mükafat Elbasının türk dünyasının birliyi ideyasının qurulmasında, türkdilli ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi işində şəxsi töhfələrin təzahürü olub.

Qazaxıstanda Azərbaycan iştirakı olan 570 hüquqi şəxs, eyni zamanda, 221 birgə müəssisə qeydiyyatdan keçib.

Elbasının təşəbbüsü ilə həyata keçirilən “Nurlı Jol” proqramı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq fəal şəkildə həyata keçirilir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu magistralı da böyük əhəmiyyət kəsb edir.

İkitərəfli iqtisadi əməkdaşlığın qurulmasına, həmçinin Ticari-İqtisadi Əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın işi də öz töhfəsini verir.

N.Nazarbayev tarixə ikitərəfli dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə mühüm töhfə verən şəxsiyyət kimi düşəcək.

Bu günlərdə Nursultan Nazarbayevin 80 yaşı tamam olacaq. Qazaxıstan xalqı da uğurlu islahatçının – hakimiyyət dövrü ərzində qazaxıstanlıları bütün çətinliklərdən uğurla çıxaran, gənc dövlətini möhkəmləndirən və onu inkişafın keyfiyyətcə yeni səviyyəsinə qaldıran liderin yubileyini xüsusi hörmət və şükranlıqla qeyd edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.