MƏDƏNİYYƏT


Nursultan Nazarbayevin “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin 80 illik yubileyi tamam olur. Nursultan Nazarbayev dünyada və türkdilli ölkələrdə böyük nüfuza malik şəxsiyyətdir. Bir çox türkdilli beynəlxalq təşkilatlarının formalaşmasında onun danılmaz xidmətləri vardır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Sammitində Nursultan Nazarbayevə şuranın Fəxri prezidenti statusu verilmiş, o, həmçinin “Türk Dünyasının Ali Ordeni”nə layiq görülmüşdür.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illiyi münasibətilə “Zaman və düşüncələr” kitabı çapa hazırlanır.

Nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb. Fərqli mövzuları əhatə edən fikirlərində o, dövlət xadimi və siyasətçi kimi, fəlsəfi görüşlərini ortaya qoyaraq geniş panoramda Qazaxıstanın tarixi və müasir portretini yaradıb.

Qeyd edək ki, Nursultan Nazarbayevin “Tuğan elim- Tiregim” (2001), “Özümün bilgilərim” (2003), “Düşüncələrimi xalqımla bölüşürəm” (2007) kitabları da oxucular tərəfindən böyük maraqla qarşılanıb. “Zaman və düşüncələr” kitabı da həmin əsərlərin məntiqi davamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.