REGİONLAR
Nurtac Sadıqova: Ən böyük arzum odur ki, “Ölkəmizi tanıyaq” layihəsi Dağlıq Qarabağda, Şuşada həyata keçirilsin
Lənkəran, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
İlk dəfədir Azərbaycanın cənub bölgəsinə səfər edirəm. Bölgə haqqında kitablardan, sənədli filmlərdən ümumi məlumatım vardı. Bu gün isə hər şeyi öz gözlərimlə gördüm. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 19-da Lənkəran rayonunda olan Şuşa şəhəri, Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nurtac Sadıqova bildirib.
N.Sadıqova deyib: “Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri bizdə zəngin təəssürat yaradıb. Havanın yağmurlu olmasına baxmayaraq, səyahətimizdən böyük zövq aldıq. Mən Şuşanı görməsəm də, atam və anam bu şəhərin əsrarəngiz gözəllikləri barədə mənə danışıb. Ən böyük arzum odur ki, “Ölkəmizi tanıyaq” layihəsi Dağlıq Qarabağda, Şuşada həyata keçirilsin”.