ELM VƏ TƏHSİL
“Nurugo SmartUV” kamerası insanın dəri örtüyünün vəziyyətini əyani nümayiş etdirəcək
Bakı, 4 fevral, AZƏRTAC
“Nurugo SmartUV” smartfonu üçün nəzərdə tutulmuş taxma qurğu günəş şüalarının təsiri zamanı, həmçinin gündən qoruyucu krem çəkdikdən sonra insanın dəri örtüyünün vəziyyətini əyani nümayiş etdirəcək.
AZƏRTAC “24gadget.ru” saytına istinadla xəbər verir ki, kamera-tənzimləyici smartfona port vasitəsilə bərkidilir, iOS və “Android” əsasında işləyən proqram dünyanın ultrabənövşəyi spektrdə necə göründüyünü əks etdirir.
Kremlə qorunan dəri sahələri UF-kamera ilə qara görünəcək, qorunmamış sahələr isə ağ qalacaq. İstifadə edilmiş kremin keyfiyyətini qiymətləndirməkdən başqa, qurğu qocalma müddətində dəridə əmələ gələn gizli qüsurları da aşkarlayacaq. Mütəxəssislərin sözlərinə görə, bu məhsulu əldə etmək üçün 105$ xərcləmək lazım gələcək.