SİYASƏT


Nyu-Cersi ştatının senatoru azərbaycanlı diaspor rəhbərinə cavab verib

Bakı, 25 aprel, AZƏRTAC

Amerika Azərbaycanlılarının Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın Nyu-Cersi ştatının senatoruna Qarabağda ermənilərin minalar basdırması, Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi barədə göndərdiyi məktuba senatordan cavab gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Demokrat Partiyasının üzvü, Nyu-Cersidən olan ilk Afro-Amerikalı ABŞ senatoru Bookerin imzaladığı məktubda qeyd edilir ki, Amerika müəyyən ayrılmaz və universal insan hüquqlarına inam üzərində qurulmuş ölkədir. ABŞ bütün vətəndaşlarımıza bərabər hüquqların təmin edilməsi uğrunda mübarizəni davam etdirir.

Məktubda bildirilir ki, Azərbaycan 1990-cı ildə Qara Yanvar olaraq bilinən şiddətli basqınlara məruz qaldı. 1992-ci ilin fevralında erməni və rus hərbçilərinin üzvləri Xocalı şəhərində günahsız Azərbaycan xalqını qətlə yetirərək dəhşətli bir hərbi cinayət törətdilər. Bu hadisə, hər bir insan həyatının dəyərli və mənalı olduğu sadə həqiqəti alt-üst etdi.

“Yenə də mənə yazdığınız üçün təşəkkür edirəm. Sizi Amerika Birləşmiş Ştatları Senatında təmsil etməkdən qürur duyuram, dövlətimizin və millətimizin üzləşdiyi mövzuları daim eşitməyə hazıram”, – deyə məktubda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.