DÜNYA


Nyu-York Polis Həmkarlar İttifaqı mer de Blazionu məhkəməyə verib

Vaşinqton, 27 oktyabr, AZƏRTAC

Nyu-Yorkun polis həmkarlar ittifaqı şəhər meri Bill de Blazioya qarşı iddia qaldırıb. Bu iddia merin şəhərdə bütün qulluqçular üçün COVID-19-a qarşı zəruri vaksinasiya tələbi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, təqribən 24 min zabiti birləşdirən “Nyu-York Polis Xeyriyyə Assosiasiyası” ştatın Ali Məhkəməsinə müraciət edərək həmin mandatın icrasının dayandırılmasını xahiş edib, çünki bu sənəd zabitlərin vaksinasiya olunmaq əvəzinə hər həftə test vermək imkanını məhdudlaşdırır. İddia Nyu-Yorkun çoxsaylı polis işçisi yaşayan beş dairəsindən biri olan Staten-Aylend dairəsində təqdim edilib.

Ötən həftə mer de Blazio sərəncam verib ki, Nyu-Yorkun 160 min bələdiyyə işçisinin hər biri noyabrın 1-nə qədər peyvəndlənməsi barədə sertifikat təqdim etsinlər. Əks halda həmin işçilər ödənişsiz məzuniyyətə göndəriləcək. Nyu-Yorkun əməkdaşlarının təqribən 70 faizi ən azı 1 doza vaksinasiya alıb.

Şəhər hüquq departamentinin nümayəndələri bildiriblər ki, yeni sərəncam “qanunidir və Nyu-York sakinlərinin təhlükəsizliyini təmin edir”. Şəhərin bir neçə yüz polis işçisi, yanğınsöndürən və digər qulluqçuları vaksinasiya barədə yeni qaydalara etiraz əlaməti olaraq məşhur Bruklin körpüsündən keçərək meriya tərəfə yürüş ediblər. ABŞ-ın bir neçə başqa şəhər və ştatlarının bələdiyyə qulluqçuları da merlər və qubernatorlar tərəfindən tətbiq edilən vaksinasiya barədə tələblərə etirazlarını bildiriblər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.