DÜNYA


Nyu-York aeroportunda təyyarə Donald Trampın “Boeing”i ilə toqquşub

Bakı, 29 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın şəxsi təyyarəsi Nyu-Yorkun “La Guardia” aeroportunda digər təyyarə ilə toqquşub.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, insident səhər saatlarında qeydə alınıb. İki mühərrikli “Bombardier Global Express” təyyarəsi dayanacaq yerinə gedərkən Donald Trampın seçkiqabağı kampaniya zamanı uçduğu “Boeing 757” təyyarəsinin qanadına toxunub. Hadisə zamanı “Bombardier Global Express” təyyarəsinin göyərtəsində 3 ekipaj üzvü olub. Xəsarət alanların olmadığı və qəzanın hava limanının fəaliyyətinə təsir etmədiyi bildirilir.

“Trump Organization” şirkəti insidentlə bağlı məlumatı təsdiqləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.