DÜNYA


Nyu-York meri 2020-ci il prezident seçkilərində mübarizəni dayandırdığını bildirib

Vaşinqton, 21 sentyabr, AZƏRTAC

Nyu-York meri Bill de Blazio sentyabrın 20-də bildirib ki, o, 2020-ci ildə ABŞ Prezidenti seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək iddiasında olan siyasətçilərin mübarizəsindən çıxacaq.

AZƏRTAC xəbər verir ki, Bill de Blazio MSNBC telekanalının “Sabahın xeyir, Co” proqramındakı çıxışında deyib: “İnsanların problemlərini dinləməyə qabil olmaq, onlara yeni ideyalarla müraciət etmək mənim üçün orijinal sınaq oldu, eyni zamanda hiss edirəm ki, mən bu ilkin seçkilər üçün əlimdən gələni etdim və hələ buna hazır deyiləm. Ona görə də mən öz seçkiqabağı kampaniyamı başa çatdırmağa hazırlaşıram”.

Ötən həftə aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, üç namizəd – keçmiş vitse-prezident Co Bayden, senator Erni Sanders və senator Elizabet Uorren öz rəqiblərini xeyli qabaqlayır.

Yusif Babanlı

AZƏRTAC–ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.