DÜNYA


Nyu-York meri növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

Bakı, 16 may, AZƏRTAC

Nyu-York şəhərinin meri, Demokratlar partiyasının nümayəndəsi Bill de Blazio ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəyini elan edib.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

“Mən Bill de Blazio çalışan insanların ön sıraya çəkilməsi üçün prezident postuna namizədliyimi irəli sürəcəyəm”, - deyə mer özünün seçki kampaniyasının saytında dərc olunan videoçarxda bildirib.

İndiyədək 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Seçkiqabağı kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq.

Respublikaçılar partiyasından isə prezident postuna hələlik iki nəfər – ölkənin hazırkı Prezidenti Donald Tramp və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Ueld iddia edir. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.