DÜNYA


Nyu-York prokuroru Trampın vergi bəyannamələrini araşdıracaq

Vaşinqton, 23 fevral, AZƏRTAC

ABŞ Ali Məhkəməsi Nyu-Yorkun böyük münsiflər heyətinin sabiq Prezident Donald Trampın vergi bəyannamələrini yoxlamasına icazə verən qərar çıxarıb. Bu yoxlama Trampın uzun illər boyu mane olmağa çalışdığı cinayət işinin təhqiqatı çərçivəsində aparılacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ Ali Məhkəməsi Trampın vəkillərinin keçən ilin oktyabr ayında aşağı instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamənin ləğv edilməsi barədə vəsatətini rədd edib. Həmin qərara əsasən “Mazars USA” mühasibat firması maliyyə hesabatlarını Manhettenin böyük münsiflər heyətinə təqdim etməyə borcludur.

ABŞ Ali Məhkəməsinin ötən il iyul ayında “lehinə” 7 səs, “əleyhinə” 2 səs olmaqla çıxardığı qərara əsasən, Trampın sənədlər təqdim etmək və ya ifadə vermək üçün məhkəməyə gəlməsi barədə məhkəmə sorğusundan immuniteti yoxdur. Trampın hüquqşünaslar komandası isə iddia edirdi ki, o vaxtkı prezident adi vətəndaşlar üçün əlçatmaz olan imtiyazlara malik idi.

Məhkəmənin bazar ertəsi dərc edilmiş qərarında deyilir: “Hakim Stiven Breyerə təqdim edilmiş və məhkəməyə ötürülmüş vəsatət rədd edilib”.

Bu addım nəticəsində Manhetten dairə prokuroru Sayrus Vens bu işə baxılmasını davam etdirmək, böyük münsiflər heyəti isə Trampın vergi bəyannamələri ilə tanış olmaq imkanı əldə edəcək. Trampın vəkilləri bildiriblər ki, onun vergi bəyannamələrinin təqdim edilməsi sabiq prezidentin təqdim etdiyi müdafiədən məhrum olunması ilə nəticələnə bilər.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.