DÜNYA


Nyu-York qubernatoru meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib

Bakı, 30 iyul, AZƏRTAC

Nyu-Yorkun qubernatoru Keti Hokul ştat ərazisində meymunçiçəyinə yoluxma hallarının artması səbəbindən cümə günü fövqəladə vəziyyət rejimi elan edib.

AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, qubernatorun sözlərinə görə, Birləşmiş Ştatlarda meymunçiçəyinə yoluxma hallarının dörddəbiri Nyu-York ştatının payına düşür. “Mən və komandam daha çox vaksinlə təmin etmək, testləşməni genişləndirmək, ictimaiyyəti yayılan xəstəlikdən necə qorunmaq barədə məsuliyyətlə məlumatlandırmaq üçün gecə-gündüz işləyirik”, - deyə Keti Hokul əlavə edib.

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika üzrə federal mərkəzlərinin məlumatına əsasən, iyulun 29-dək Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma göstəricisinə görə ikinci yerdə Kaliforniya ştatıdır – 799 nəfər.

Hazırda dünyada meymunçiçəyinə 22 mindən çox yoluxma faktı aşkarlanıb. Onların 70 faizi Avropada qeydə alınıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının yayılmasını səhiyyə sahəsində beynəlxalq miqyasda narahatlıq doğuran fövqəladə hal elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.