DÜNYA


Nyu-York şəhəri karantin rejimindən çıxmağa hazırlaşır

Bakı, 30 aprel, AZƏRTAC

Nyu-York meri Bill De Blazio iyulun 1-dən etibarən bir il bundan öncə ABŞ-da koronavirus pandemiyasının episentrinə çevrilmiş şəhərin biznes üçün tam açılacağını elan edib.

AZƏRTAC xəbər verir ki, Bill De Blazio bu barədə MSNBC telekanalına müsahibəsində deyib. “Biz mağazaların, biznesin açılmasına hazırıq... Ofislər və teatrlar tam gücü ilə işləyə biləcək”, - deyə Nyu-York meri bildirib.

Merin sözlərinə görə, yerli hakimiyyət orqanları şəhərdə normal həyatı pandemiyadan öncəki səviyyəyə qaytara biləcəklərinə əmindirlər: “Bu, Nyu-Yorkda yay mövsümünə düşür. Siz maraqlı tədbirlərə, mədəni həyatın bərpasına şahidlik edəcəksiniz. Düşünürəm ki, insanlar Nyu-Yorka axışacaq, çünki onlar yenidən yaşamaq istəyirlər”.

Bill De Blazio koronavirusun yeni ştammlarının peyda olması təhlükəsini real saysa da, əhalinin əksər hissəsinin vaksinasiyadan keçdiyini də qeyd edib. Onun məlumatına görə, 8,3 milyon nəfərlik şəhər əhalisinin 6,3 milyonu artıq vaksinasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri