DÜNYA


Nyu-York ştatının qubernatoru ətirli elektron siqaretlərin satışına qadağa qoyub

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

Bazar günü Nyu-York qubernatoru Endrü Kuomo ətirli elektron siqaretlərin ştatda satışına qadağa qoyan sərəncam imzalayıb.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Kuomo, həmçinin ştatın polisinə və səhiyyə departamentinə yeni qanuna riayət olunmasına, o cümlədən qeyri-qanuni məhsulların yayılmasında potensial cinayətkarlara, həmçinin elektron siqaretin həddi-buluğa çatmayanlara satışı ilə məşğul olanlara münasibətdə təxirəsalınmaz gücləndirilmiş nəzarət tədbirlərini həyata keçirmək barədə göstəriş verib. Fövqəladə tədbirlər ölkədə elektron siqaretlərlə bağlı sayca 6-cı ölüm hadisəsi ilə əlaqədar qəbul edilir.

“Meyvə və konfet dadında elektron siqaret istehsalçıları qəsdən və ağılsız şəkildə gəncləri hədəfə götürüblər. Bu gün biz buna son qoymaq üçün belə ölçülər götürürük. Eyni zamanda, mağazaların səhlənkar sahibkarları bilərəkdən bu məhsulları həddi-buluğa çatmayanlara satırlar. İndi başa düşərlər ki, biz qanunun tətbiqini gücləndiririk və onlar saxlanılaraq məsuliyyətə cəlb ediləcəklər”, - deyə Kuomo bildirib.

Həddi-buluğa çatmayanlara elektron siqaretlərin satışını dayandırmaq səyləri üzrə tədbirlər çərçivəsində polis və səhiyyə departamenti bütün ştatın ərazisində gizli təhqiqatlar aparır. Bu əməliyyatlara “xüsusi cəlb olunan” yeniyetmələr elektron siqaretlər almağa cəhd edəcəklər. Nəticədə, bu məhsulları həddi-buluğa çatmamış uşaqlara satan pərakəndə satıcılara qarşı ittiham elan ediləcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.