MƏDƏNİYYƏT


Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Bakı, 10 yanvar, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ABŞ-ın Nyu-York şəhərində, Bruklində yerləşən “My Way” Uşaq Yaradıcılıq Mərkəzində “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəsm” dərnəyinin üzvlərinin çəkdikləri rəsmlər nümayiş olunub.

Sərginin keçirilməsində məqsəd iki mərkəz arasında dostluq və əməkdaşlıq yaradaraq azərbaycanlı uşaqların əl işlərini tanıtmaq olub. Sərgidə uşaqların Amerikaya dair baxışlarını, təsəvvürlərini əks etdirən müxtəlif rəsmlər təqdim edilib.

Sonda iştirakçılara diplom və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.