MƏDƏNİYYƏT


Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” Auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Qara Qarayevin, Faiq Sücəddinovun, Tofiq Quliyevin, həmçinin Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.