MƏDƏNİYYƏT


Nyu-Yorkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib

Vaşinqton, 20 iyun, AZƏRTAC

Nyu-Yorkda, Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert məşhur pianoçu, Azərbaycanın Əməkdar Artisti, professor Nərgiz Əliyarovanın yaradıcısı və prezidenti olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin keçirdiyi bu tədbirin məqsədi müxtəlif xalqların musiqisini təbliğ etməkdir. N.Əliyarova deyib: “Mən çox şadam ki, bizim ilk layihəmiz Azərbaycan musiqisinə həsr edilib. Məqsədimiz musiqimizin çoxşaxəli və unikal olmasını nümayiş etdirməkdir. Konsertdə təkcə Azərbaycanın deyil, müxtəlif ölkələrin musiqi xadimləri də iştirak edirlər. Onlar milli musiqini və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirirlər”.

Konsertdə məşhur caz pianoçusu Əminə Fiqarova, tar və kamança ifaçısı Cefri Verbok, fleytaçı Bart Platto, çox gözəl bariton səsə malik Naycel Smit, skripkaçı Azər Dəmirov, pianoçu Vivyen Fanq Lyu və Nərgiz Əliyarova çıxış ediblər.

Konsertin tamaşaçıları sırasında Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də olub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.