SİYASƏT


Nyu-Yorkda Azərbaycan teatrı yaradılmışdır

Bakı, 16 dekabr (AZƏRTAC). ABŞ-ın Nyu-York şəhərində Azərbaycan teatrı yaradılmışdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan-Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerası olmuşdur.

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Tamaşanın bədii tərtibatı Telman Cəlilova məxsusdur. Rolları Azərbaycan-Nyu-York Assosiasiyasının üzvləri ifa etmişlər.

Tamaşanın Vaşinqtonda, Hyustonda və ABŞ-ın bir çox şəhərlərində oynanılması nəzərdə tutulmuşdur.

Nyu-York Azərbaycan Teatrının yaradılmasının məqsədi zəngin Azərbaycan mədəniyyətini ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.