SİYASƏT


Nyu-Yorkda Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü olub

Bakı, 31 may, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən və siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. Onlar bu xüsusda Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrin rolunu yüksək qiymətləndiriblər.

Tərəflər Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarını qeyd edərək bu layihələrin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar açdığını bildiriblər.

Görüşdə nazirlər BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Söhbət zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.