SİYASƏT


Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Türkiyə Prezidenti ilə görüşü olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və sabiq Baş nazir Binəli Yıldırım ilə görüşüblər.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti cənab Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, baş katib müavini İlahə İbrahimli və Toğrul Əkbərli iştirak ediblər.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərkəzin təşkil etdiyi XXI ali səviyyəli toplantı, VIII Global Bakı Forumu və Mərkəzin sülh, təhlükəsizliklə bağlı müxtəlif layihələri haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.