DÜNYA


Nyu-Yorkda “gəmi nərdivanı”

Bakı, 6 may, AZƏRTAC

Nyu-Yorkda ingilis dizayner Tomas Hezervik tərəfindən hazırlanan “gəmi nərdivanı” Manhettendəki “Hudson Yards” kompleksinin bir hissəsi olmaqla unikal layihə sayılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihəyə əsasən çoxsaylı və bir-birinə qarışan pilləkənlərdən ibarət olan dairəvi qurğu ilə kiçik müşahidə platformaları yaradılıb.

Nəticədə ziyarətçilər “sonsuz” pilləkən təsirini yaradan “nərdivandan” ətrafdakı mənzərəni istənilən istiqamətdə seyr edə bilərlər.

Kompleksdə, həmçinin kinoteatr, sərgilər üçün 2 qalereya və məşq zalları nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.