DÜNYA


Nyu-Yorkda milad yolkasının işıqları yandırılıb VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

ABŞ-da “omikron” ştamına ilk yoluxma halının qeydə alınması barədə xəbərlərə baxmayaraq, dekabrın 1-də Nyu-Yorkdakı “Rockefeller Center” binasının qarşısında milad yolkasının işıqlarının ənənəvi yandırılma mərasiminə minlərlə insan qatılıb.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, mərasimin keçirildiyi “Rockefeller Center” binasına aparan küçələr bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Geri sayım bu il vəzifəsini tərk edən Nyu-York meri Bill de Blazio tərəfindən səsləndirilib. İşıqların yandırılmasından bir saat öncə ABŞ Prezidenti Cozef Baydenin və birinci ledi Cill Baydenin təbrikləri səslənib. Onlar milad yolkasının işıqlarının yandırılma ənənəsini “ümid və nikbinlik simvolu” adlandırıblar.

Qeyd edək ki, Nyu-Yorkda quraşdırılan milad yolkası şəhərin ən böyük ağacıdır. İlk dəfə 1931-ci ildə ucaldılan milad yolkasının işıqlandırma mərasimi 1933-cü ildən bu yana mütəmadi olaraq keçirilir və mərasim 1951-ci ildən bəri bütün ölkədə televiziya ilə yayımlanır. Bu il quraşdırılan yolkanın 85 yaşı var. Hündürlüyü 24 metrə çatan ağacın budaqlarından 50 min çıraq asılıb. Çil-çırağın ümumi uzunluğu 8 kilometrə yaxındır. Yolkanın zirvəsinə “Swarovski” kristalları ilə bəzədilmiş 400 kiloqramlıq ulduz taxılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.