SİYASƏT


Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.

DİDK-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə onlarla soydaşımız iştirak edib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib və bu siyasətin reallaşmasında ABŞ-dakı Azərbaycan diasporunun böyük rola malik olduğunu diqqətə çatdırıb. Eyni zamanda, DİDK-nin son dövrlərdə fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib.

Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb. Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması yönündə ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Onların cəmiyyətə inteqrasiyasının daha da dərinləşdiyi, real və virtual platformalarda birləşmələri sahəsində konkret addımlar atıldığı nəzərə çatdırılıb.

Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunan Tomris Azəri, Zöhrə Şərifi və Əbülfəz Bahaduriyə medallar təqdim olunub. Təltif olunanlar bu yüksək mükafata görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Toplantıda İslam Əməkdaşlıq Təşkilatının BMT- dəki daimi müşahidəçisi, səfir Aqşin Mehdiyev və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov da iştirak ediblər. A.Mehdiyev görüşün əhəmiyyəti barədə danışıb və davamlı olmasının diaspor fəaliyyətinə müsbət təsir edə biləcəyini deyib.

Qeyd edək ki, hazırda ABŞ-da on minlərlə azərbaycanlı yaşayır və onların bir qismi 28 diaspor təşkilatında birləşərək uğurlu fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.