DÜNYA
Nyu-Yorkdakı terror aktında şübhəli bilinən Sayfullo Saipovun Özbəkistan vətəndaşı olduğu təsdiqlənib
Daşkənd, 2 oktyabr, АZƏRTAC
“Jaxon” agentliyinin verdiyi məlumata görə, Özbəkistan Xarici İşlər Nazirliyi Nyu-Yorkda törədilən terror aktında şübhəli bilinən Sayfullo Saipovun həqiqətən Özbəkistan vətəndaşı olduğunu təsdiqləyib.
Məlumatda bildirilir ki, o, 1988-ci il fevralın 8-də Daşkənddə doğulub. Daşkənddə kollecdə, sonra isə Daşkənd Maliyyə İnstitutunda təhsil alıb. İnstitutu bitirdikdən sonra paytaxtdakı “Səyahət” mehmanxanasında mühasib işləyib. Xaricə gedənə qədər o, cinayət məsuliyyətinə cəlb olunmayıb.
Qeyd edilir ki, S.Saipov viza lotereyası ilə 2010-cu ildə qrin-kart udub və ABŞ-a gedib. O vaxtdan Özbəkistana gəlməyib. Onun valideynləri heç bir ekstremist təşkilatla əlaqəli deyil və o da burada yaşayanda ekstremist təşkilatlarla əlaqəli olmayıb. Bu da onu deməyə əsas verir ki, Sayfullo Saipov ABŞ-da terrorçu qruplaşmaya cəlb edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]