DÜNYA


Nyu-Yorklu turist Dominikan Respublikasında ölən 11-ci amerikalı olub

Vaşinqton, 25 iyun, AZƏRTAC

Nyu-York sakini və Lonq-Aylenddə pitseriyanın sabiq sahibi Dominikan Respublikasında qəflətən həlak olan sayca on birinci amerikalı turistdir.

AZƏRTAC xəbər verir ki, öz restoranını 2 ay bundan əvvəl satan 56 yaşlı Vittorio Karuzo Santo-Dominqoda Boka-Çika kurortunda iyunun 17-də istirahət zamanı ölüb. Karuzonun qohumları onun səhhətinin yaxşı vəziyyətdə olduğunu bildiriblər. Lakin o, kurortda hansısa içkini qəbul etdiyinə görə tənəffüs problemi ilə xəstəxanaya çatdırılıb. Bu, ABŞ-dan olan turistin Dominikanda içki qəbul etdikdən sonra həlak olduğu növbəti haldır.

Dövlət Departamentinin statistik məlumatına görə, 2012-ci ildən 2018-ci ilədək Dominikan Respublikasında 128 nəfər amerikalının ölümü təbii səbəblər ucbatından baş verməyib. Bu, orta hesabla ildə 18 nəfərə bərabərdir. Son il ərzində ölkənin kurortlarında 11 amerikalı həlak olub. Son ayda isə 3 ölüm halı təsdiqlənib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.