DÜNYA


Nyu-Yorkun şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib

Nyu-Yorkun şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib

Bakı, 7 fevral, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərinin şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, Eri qraflığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 km şərqdə olub.

Ocağı 3 km dərinlikdə yerləşən zəlzələnin Niaqara şəlaləsi ərazisində də hiss olunduğu qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.