OĞRULAR DƏSTƏSİ TUTULDU
Qəbələ rayon polis şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aparılmış əməliyyat tədbirləri nəticəsində Zarağan, Aydınqışlaq və Xırxatala kəndlərində vətəndaşların mal-qarasını oğurlamış 9 nəfərdən ibərət dəstənin üzvləri tutularaq, həbs edilmişdir.
Fakt üzrə cinayət işi qardırılmışdır,istintaq aparılır. Şərəfsiz əməl sahibləri yaxın günlərdə öz layiqli cəzalarını alacaqlar.