İQTİSADİYYAT
OKTYABRDA 26 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT EDİLMİŞDİR
Bu ilin oktyabrında 1 kilovat-saat elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 380,45 qram təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,14 qram azdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanacaq sərfinin azalması bütün istilik stansiyalarında müşahidə olunur. Bu, görülmüş texniki tədbirlər nəticəsində enerji bloklarında istehsalat göstəricilərinin yaxşılaşması ilə əlaqədardır.
Beləliklə, keçən ilin həmin dövründəkinə nisbətən qənaət olunmuş şərti yanacaq 26 min ton təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]