İDMAN


OLİMPİADADA QIZIL MÜKAFAT QAZANAN ÖZBƏKİSTAN İDMANÇISI 100 MİN DOLLAR ALACAQ

AZƏRTAC-ın Daşkənddən aldığı xəbərdə deyilir ki, Özbəkistan Nazirlər Kabineti “Özbəkistan Respublikası idmançılarının Afinada (Yunanıstan) keçiriləcək 2004-cü ilin XXVIII yay Olimpiya oyunlarında layiqli iştirakının təmin olunması haqqında” qərar qəbul etmişdir.

Hökumətin qərarında Afina Olimpiadasında fərqlənəcək Özbəkistan idmançılarına qızıl medala görə 100 min, gümüş medala görə 50 min, bürünc medala görə 25 min dollar məbləğində mükafat verilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.