İDMAN
OLİMPİADANIN RƏSMİ AGENTLİYİ AÇILMIŞDIR
İNFO-2004-ün məlumat bazasına girişi təmin edən monitorlar Beynəlxalq telekommunikasiya mərkəzində, Baş mətbuat mərkəzində, olimpiya obyektlərində, Olimpiya və jurnalist kəndlərində qoyulmuşdur. Sistemə Oyunların Təşkilat Komitəsinin informasiya qurumlarının 250 mütəxəssisi, o cümlədən idman üzrə ekspertlər və texniki mütəxəssislər xidmət edirlər.
Agentliyin məlumat bazasında idmanın hər növünə dair tez-tez təzələnən və etibarlı tarixi, idman obyektlərinin təsvirləri, texniki və statistik informasiya, Olimpiya oyunlarının tarixi, idmançıların, məşqçilərin, hakimlərin tərcümeyi-halı və s. barədə məlumat var. Bundan başqa, Oyunların gedişində məşqçi və atletlərlə müsahibələr, yarışların nəticələri və digər məlumatlar da dərc ediləcəkdir.