İDMAN
OLİMPİYAÇILARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tezliklə qədim Yunanıstan torpağında XXVIII Yay Olimpiya oyunlarının məşəli yandırılacaqdır. Dünyanın 50-dən çox ölkəsinin iştirak edəcəyi bu yarışda Azərbaycan bayrağı 38 idmançımızın başı üzərində dalğalanacaqdır. Respublikamızı bu mötəbər yarışda layiqincə təmsil etmək, göstərilən etimadı doğruldaraq Vətənə zəfərlə qayıtmaq idmançılarımızın ən böyük arzusudur.
Bakı Əyləncə mərkəzində toplaşanların hamısı idmançılarımıza ən xoş arzularını bildirdilər.
Milli Olimpiya yığma komandamızın telekommunikasiya sponsoru olan “Azercell”in dəstəyi ilə keçirilən bu mərasim idmançılarımızı qələbəyə ruhlandıran növbəti addım idi. “Azercell”in, Respublika Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri qarşıdakı yarışlarda idmançılarımıza böyük qələbə arzuladılar.
Görüş Azərbaycan incəsənət ustalarının konserti ilə başa çatdı.