İQTİSADİYYAT


ÖLKƏMİZİN RUSIYA İLƏ SƏRHƏDINDƏ YARANAN PROBLEM AZƏRBAYCAN TƏRƏFINDƏN ASILI DEYILDİR

Azərbaycan Respublikası baş nazirin birinci müavini Abbas Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanla Rusiya arasında samur sərhəd məntəqəsində avtomobillərin gecikməsi halları bu gün də davam edir. Problemin əsas səbəbi bizdə deyil Rusiya tərəfindədir. Belə ki, Rusiya tərəfi 1994-cü ildə terrorizmə qarşı mübarizə ilə bağlı qərar qəbul etmişdir. Həmin sənəddə deyilir ki, Azərbaycandan Rusiyaya daxil olan avtomobillərin yükləri sərhəd keçid məntəqəsində tam boşaldılmalı və yoxlanılmalıdır. Azərbaycan tərəfi bu məsələni bir dəfə hökumətlərarası komissiyanın iclasında müzakirəyə çıxarmışdır. Qərarın ikitərəfli münasibətlərə böyük ziyan vurması barədə Rusiya tərəfinə müraciət olunmuşdur.

Noyabrın 10-da yenə də məktubla Rusiya tərəfinə müraciət edilib. Problem hökumətlərarası komissiyanın noyabrın 25-də keçiriləcək iclasında yenidən müzakirə olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.