İDMAN
ÖLKƏNİN ƏN GÜCLÜ KİKBOKSÇULARI MÜƏYYƏNLƏŞMİŞDİR
Qalib adı uğrunda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 48 komandanın tərkibində 368 idmançı mübarizə aparmışdır. Üç gün davam edən yarışmada yeniyetmə və gənclər 11, yaşlılar isə 12 çəki dərəcəsində güclərini sınamışlar.
Yaşlı idmançılarımızdan Pənah Süleymanov (51 kq, Qazax), Zaur Məmmədov (54 kq, “AKMF-pro”), Elnur Salamov (57 kq, Samux), Eduard Məmmədov (60 kq, “AKMF-pro”), Ramil Nadirov (63,5 kq, “Məşəl”), Araz Musayev (67 kq, “Rabitəçi”), Vüqar Kazımov (71 kq, Qubadlı), Kamil Şərifov (75 kq, “Dinamo”), Ehram Məcidov (81 kq, “Rabitəçi”), Zaur Ələkbərov (86 kq, “Rabitə”), Vüqar Qasımov (91 kq, “Rabitəçi”) və Hafiz Baxşəliyev (91 kq-dan yuxarı, “Naxçıvan” klubu) Azərbaycan çempionu olmuşlar.
Komanda hesabında isə “Rabitəçi” idman klubu birinci yer tutmuşdur.
Yarışda fərqlənmiş kikboksçular respublikamızı yığma komandanın tərkibində mayın 8-14-də Yunanıstanın Lutraki şəhərində keçiriləcək dünya çempionatında təmsil edəcəklər.