MƏDƏNİYYƏT


ÖLKƏNİN ŞİMAL REGİONUNA TURİST AXINI ÇOXALMIŞDIR

Bakı, 6 iyul (AZƏRTAC). Builki turizm mövsümü ölkənin şimal bölgəsində, xüsusilə Qubada canlanma yaratmışdır.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona turistlərin axını 10 faiz artmışdır. Qubada turistlərin ən çox istirahət etdikləri yerlərdən biri Təngə kəndidir. Əsasən Bakıdan, eləcə də xarici ölkələrdən olan turistlərin istirahətinin təşkili məqsədi ilə rayonda Quba-Xınalıq və Quba-Afurca istiqamətində iki turizim marşrutu yaradılmışdır. Mütəxəssislərin fikrincə, bu hal birbaşa kənddə ev turizmi adlanan sahənin formalaşmasına təkan vermişdir.

Turistlərə göstərilən xidmətlərin qiymətində də enmə müşahidə olunur. Bu isə bölgəyə turist cəlb etməkdə başlıca amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.